Milli Məclisin yaz sessiyasında ilk plenar iclası keçirilib
Fevralın 2-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2026-cı ilin yaz sessiyasının ilk plenar iclası keçirilib. Milli Məclisin sədri yaz sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra spiker diqqətə çatdırıb ki, Milli Məclis ötən ili uğurla başa vurub. Öz fəaliyyəti ilə parlament Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün lazımi tədbirlər görüb. Milli Məclisin sədri ötən ilin yekunları barədə ətraflı məlumat verdiyini deputatlara xatırladıb.
Spiker qeyd edib ki, Milli Məclisin beynəlxalq fəaliyyəti sessiyalar arasındakı dövrdə də davam edib. Deputatlarımız 2 beynəlxalq təşkilatın tədbirlərində iştirak ediblər. Parlamentin 10 üzvü tərəfindən 6 xarici ölkəyə 18 səfər həyata keçirilib.
Ay ərzində 5 ölkənin və 1 beynəlxalq təşkilatın 6 nümayəndə heyəti, ümumən 44 nəfər xarici qonaq Milli Məclisdə olub.







Arzu Paşaqızı