Milli Məclisin sədri Sahibə Qafarova Oman Sultanlığına rəsmi səfəri çərçivəsində Oman Sultanlığı Dövlət Şurasının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Oman Sultanlığına rəsmi səfəri çərçivəsində Oman Sultanlığı Dövlət Şurasının sədri Şeyx Əbdülməlik Al Xəlili ilə görüşüb. Görüşdə ölkələrimiz arasında dostluq, qarşılıqlı hörmət və anlayışa əsaslanan ikitərəfli münasibətlərin mövcudluğu vurğulanıb.
Qeyd edilib ki, xalqlarımız arasında mövcud tarixi, dini və mədəni oxşarlıqlar ölkələrimiz arasında münasibətlərin inkişafı üçün geniş imkanlar yaradır. Söhbət zamanı iki ölkənin qanunverici orqanları arasındakı əlaqələrə dair fikir mübadiləsi aparılıb və parlamentlər arasındakı qarşılıqlı fəaliyyətin münasibətlərin daha da inkişafına töhfə verdiyi vurğulanıb.


Arzu Paşaqızı