İnsan hüquqları komitəsinin iclasında

Yanvarın 28-də Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Zahid Oruc iclasda birinci oxunuşda olan iki qanun layihəsinin müzakirə ediləcəyini bildirib.


Tədbirdə əvvəlcə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun layihəsinə baxılıb. Sənədi təqdim edən komitə sədri Zahid Oruc uşaqların sağlam, savadlı yetişdirilməsi, vətənpərvər ruhda böyüməsi, şəxsiyyət kimi formalaşmasının vacibliyindən söhbət açıb.
Diqqətə çatdırılıb ki, qanun layihəsində Azərbaycan Respublikasında uşaqlar barəsində dövlət siyasətinin əsas prinsipləri, onların hüquq və azadlıqları, həmin hüquq və azadlıqların həyata keçirilməsi sahəsində dövlət təminatları və dövlət nəzarətinin əsasları müəyyən edilir.

Arzu Paşaqızı