Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında
Yanvarın 28-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Hicran Hüseynova bildirib ki, gündəliyə iki məsələ daxildir.
Əvvəlcə,“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanun layihəsi birinci oxunuşda təqdim olunub. Komitə sədri vurğulayıb ki, uşaq hüquqlarının təmin edilməsi və müdafiəsi ölkədə həyata keçirilən dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Qeyd edilib ki, yeni qanun layihəsinin hazırlanmasında məqsəd mövcud qanunvericiliyin müasir çağırışlar nəzərə alınmaqla təkmilləşdirilməsi, uşaq mənafelərinin daha effektiv qorunması, sosial təminat mexanizmlərinin gücləndirilməsi və beynəlxalq konvensiyaların tələblərinə uyğunlaşdırılmasıdır. Layihəyə əsasən, 11 yeni anlayışın ayrıca maddədə təsbiti nəzərdə tutulub.

Arzu Paşaqızı