Milli Məclisin sədri Sahibə Qafarova və İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol mətbuata bəyanatla çıxış ediblər
Milli Məclisin sədri Sahibə Qafarova və İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol ikitərəfli görüşdən sonra mətbuata bəyanatla çıxış ediblər.
Spiker Sahibə Qafarova, İspaniya Deputatlar Konqresi sədrinin Azərbaycana rəsmi səfərinin mühüm əhəmiyyətini vurğulayaraq, bu səfərin İspaniya parlament sədrinin Azərbaycana ilk səfəri olduğunu bildirib.
Ötən ilin may ayında İspaniyaya rəsmi səfərini xatırladan Sahibə Qafarova, həmin səfərin Milli Məclis sədrinin İspaniyaya ilk rəsmi səfəri olduğunu bildirib. Onun sözlərinə görə, bu, ölkələrimiz arasında parlamentlərarası əlaqələrin inkişafına verilən əhəmiyyətin göstəricisidir. Son dövrlərdə ölkələrimiz arasındakı fəal siyasi dialoqun müşahidə olunduğunu söyləyən Milli Məclisin sədri, deyib ki, bu da ikitərəfli əlaqələrin mövcud vəziyyətinin və gələcək perspektivlərinin ətraflı müzakirəsinə imkan yaradır.



Arzu Paşaqızı