Ukrayna Almaniyadan 200 milyon avro qrant yardımı alıb

0

Ukraynanın dövlət büdcəsinə Bərpa üçün Kredit Təşkilatından (KfW) 200 milyon avro məbləğində qrant daxil olub.

Turanın səsi” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bu vəsait Almaniya hökuməti tərəfindən Ukraynada məcburi köçkünlərin dayanıqlığının qorunması proqramı çərçivəsində verilib. Vəsaitlər dövlət büdcəsinin məcburi köçkünlər üçün yaşayış müavinətlərinin ödənilməsi üzrə ümumi fondun xərclərinin bağlanmasına yönəldiləcək”, – məlumatda deyilir.

Qeyd olunur ki, KfW tərəfindən maliyyələşdirilən Ukraynada məcburi köçkünlərin dayanıqlığına dəstək proqramı Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı məcburi köçkünlərin həyat şəraitinə mənfi təsirləri azaltmağa yönəlib. Proqramın məqsədi Ukrayna hökumətinin müharibə başlayandan indiyədək rəsmi sayı xeyli artmış məcburi köçkünlərə lazımi dəstək vermək imkanlarını gücləndirməkdir.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir