İspaniya Deputatlar Konqresinin spikeri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib
Ölkəmizdə rəsmi səfərdə olan İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias yanvarın 23-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Səfər çərçivəsində qonaq Bakıda Zəfər parkını ziyarət edərək Zəfər abidəsi önünə əklil qoyub, Vətən müharibəsində həlak olanların xatirəsini ehtiramla anıb. Sonra qonaq burada yaradılan Zəfər muzeyi ilə tanış olub. İspaniya Krallığı Deputatlar Konqresinin sədrinə məlumat verilib ki, muzeyin ekspozisiyası beynəlxalq təcrübə və dünyada mövcud muzey konsepsiyaları əsas götürülməklə, həmçinin ən son texnologiyalar tətbiq edilməklə işlənilib. Ekspozisiya zallarını gəzən ispaniyalı spiker münaqişə haqqında həqiqətləri, 44 günlük Vətən müharibəsinin gedişi, şanlı Zəfər nəticəsində dövlət suverenliyinin bərpa olunması barədə məlumatları əks etdirən faktlarlarla, foto və videomateriallarla, interaktiv nümayişlərlə və digər eksponatlarla tanış olub.




Arzu Paşaqızı