Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında
Yanvarın 22-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2026-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitə sədri Sadiq Qurbanov iclası açaraq, qarşıdakı sessiyada komitə üzvlərinə fəaliyyətlərində uğurlar diləyib və gündəliyə 3 məsələnin daxil edildiyini bildirib.
Komitə sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin dövlətimizin enerji və ekologiya sahələrində yeni mərhələyə qədəm qoymasına, enerji təhlükəsizliyində beynəlxalq etibarlılığın artmasına və regional əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıb.

Arzu Paşaqızı