Gənclər və idman komitəsinin iclasında

Yanvarın 22-də Milli Məclisin Gənclər və idman komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib.
İclası açan komitə sədri Şahin İsmayılov sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib, fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Komitə sədri diqqətə çatdırıb ki, bugünkü iclasın gündəliyinə iki məsələ – komitənin 2025-ci ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabatı və komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi daxil edilib.
Şahin İsmayılov komitənin ötən sessiyada gördüyü işlər barədə hesabatı ilə bağlı məlumat verərkən 2025-ci ildə ölkə həyatının əlamətdar hadisələrini və uğurlarını xüsusi vurğulayıb. O, bildirib ki, möhtərəm Prezident tərəfindən müəyyən edilmiş strateji xəttə uyğun olaraq il ərzində parlamentin fəaliyyəti milli dövlətçiliyimizin konstitusiya əsaslarının daha da möhkəmləndirilməsinə, qanunvericilik bazasının və hüquq sisteminin ardıcıl şəkildə təkmilləşdirilməsinə istiqamətlənib.

Arzu Paşaqızı