Mədəniyyət komitəsinin iclasında

Yanvarın 19-da Milli Məclisin Mədəniyyət komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Polad Bülbüloğlu sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və onlara növbəti sessiyada uğurlar arzulayıb.


İlk növbədə, komitə sədrinin təklifi ilə xalqımızın qan yaddaşı olan, 36-cı ildönümü qeyd ediləcək 20 Yanvar faciəsinin qurbanları 1 dəqiqəlik sükutla yad edilib.
Sonra komitə sədri bildirib ki, gündəliyə 4 məsələ – 2025-ci ilin payız sessiyası dövründə Mədəniyyət komitəsində görülən işlər barədə hesabat, komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının Üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi və “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) daxil edilib.

Arzu Paşaqızı