Bakı istintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb-ANA oğluna heroin gətiribmiş….

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə “turaninsesi.az” – a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Həbs edilən şəxsə anası tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan idman şalvarının balağındakı rezinə xüsusi üsulla hopdurularaq gizlədilmiş 0,118 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Arzu Paşaqızı