Yol polisi sürücülərdən hava şəraitini nəzərə almağı tələb etdi
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yanvarın 17-dən 22-dək Azərbaycan ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
“turaninsesi.az ” xəbər verir ki, idarə onlardan daha ehtiyatlı və hazırlıqlı olmağı tələb edib:
“Xüsusilə qarın ərimədiyi, eləcə də külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə səhər və axşam saatlarında yolların buz bağlaması ehtimalı nəzərdə qaçmamalıdır”.
BDYPİ şinləri yararsız, mövsümə uyğun təchiz edilməmiş avtomobillərlə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşurutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edib.
Arzu Paşaqızı