Sabiq icra başçısının oğlu tanışını güllələdi

Yevlax rayonunda silahlı insident baş verib.

turaninsesi.az ”ın xəbərinə görə, 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində tanışı 46 yaşlı şəxsin ayaq nahiyyəsinə xəsarət yetirib.

Polis Z.Səmədovu saxlayıb. 

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Zaur Səmədovun Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun oğlu olduğu bildirilir.

Arzu Paşaqızı