Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında

Yanvarın 16-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Hicran Hüseynova yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Bu barədə “turaninsesi.az“-a Milli Məclisin mətbuat xidmətindən məlumat daxil olub.


Komitə sədri, əvvəlcə, regionda və dünyada baş verən ictimai-siyasi proseslərdən, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımızın mənafeyi naminə dövlətimizin maraqlarının qorunması, regionda sülhün bərqərar olması istiqamətində görülən məqsədyönlü işlərdən danışıb.
Sonra Hicran Hüseynova iclasın gündəliyində duran məsələlər – 2025-ci ilin payız sessiyası dövründə Ailə, qadın və uşaq məsələləri komitəsində görülən işlər barədə hesabatı və komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsini təqdim edib.

Arzu Paşaqızı