Deputatlar məzuniyyətdən qayıdır

Sabah, yanvarın 15-də deputatlar məzuniyyətdən qayıdır, komitə iclasları başlayır.

turaninsesi.az ” xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlament yanvar ayının 1-dən 15-dək tətilə buraxılıb.

Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır.

Parlamentin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Arzu Paşaqızı