Beyləqanda yeniyetməyə qarşı seksual hərəkətlərdə ittiham olunan şəxslər həbs edildi

Beyləqanda 15 yaşlı yeniyetməyə qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli qismində saxlanılan şəxslər barəsində qərar çıxarılıb.

turaninsesi.az ” xəbər verir ki, bununla bağlı təqdimata Beyləqan Rayon Məhkəməsində baxılıb.

Qərara əsasən, təqdimat təmin edilib, Hikmət Əkbərli, İkram Süleymanlı, Həzi Sadıqov, Xəyal Qəhrəmanov, Elgün Aslanlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırlatma: Beyləqan rayonunda 15 yaşlı yeniyetməyə qarşı seksual xarakterli hərəkətlər edilməsilə bağlı polisə məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb və keçirilən əməliyyatla 5 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 152.4.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Arzu Paşaqızı