Beynəlxalq Forumda

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov yanvarın 13-də Türkiyə Respublikasının Rizə şəhərinə səfər edəcək.

Bu barədə “turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Komitə sədri səfər çərçivəsində Beynəlxalq Ayder Enerji Forumunda iştirak edəcək, Qara Dəniz-Avrasiya regionunda enerji rəqabəti və enerji strategiyalarının gələcəyi mövzusuna həsr olunmuş sessiyada çıxış edəcək.

Səfər yanvarın 17-də başa çatacaq.

Arzu Paşaqızı