Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Milli Məclisin müraciəti qəbul edilib
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Milli Məclisin müraciəti qəbul edilib.
“turaninsesi.az” xəbər verir ki , parlamentin sədri Sahibə Qafarova bildirib ki, hər il bu ərəfədə Milli Məclis soydaşlarımıza və həmvətənlərimizə müraciət edir və gündəliyin sonuncu məsələsi məhz həmin müraciətinin təsdiq edilməsi haqqındadır.
Spiker müraciətin mətninin hazır olduğunu bildirib və onu səsləndirmək üçün deputat Zaur Şükürova söz verib.
Müraciət mətnini deputat Z.Şükürov oxuyub.
Sonra müraciət səsə qoyularaq qəbul edilib.
Arzu Paşaqızı