İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb. 

Bu barədə “turaninsesi ”-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzindən məlumat verilib. 

Bildirilib ki, dsx-NİN Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. 

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kq 848 qram marixuana, 0.006 mq tiryək aşkar olunaraq götürülüb. 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Arzu Paşaqızı