Şolts: “G7 ölkələri iqlim klubu yaradıb”

0

“Böyük Yeddilik” ölkələri (G7) iqlim klubu yaradıb”.

turanın səsi” TASS-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Berlində G7 liderlərinin videokonfrans formatında keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

“Bugünkü müzakirənin ikinci vacib məqamı iqlim klubu ilə bağlıdır”, – o deyib.

Almaniya kansleri əlavə edib ki, Ukraynadakı mövcud vəziyyət və onun nəticələri xüsusi narahatlıq doğursa da, G7 ölkələri iqlim dəyişikliyi ilə mübarizə kimi digər qlobal çağırışları da diqqətdən kənarda qoymur.

Onun sözlərinə görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Beynəlxalq Enerji Agentliyi ilə birlikdə iqlim klubu katibliyini təsis edəcək.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir