Azərbaycanda yeni BOKT yaradılıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Caspian Finance” MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.
“Turanın səsi ” bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, yeni BOKT-un hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, ev 15, mənzil 42, nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun – 300 min manat, qanuni təmsilçisi isə Samir Xangiz oğlu İsgəndərovdur.
O, vaxtilə “Embafinans” QSC BOKT-un İdarə Heyətinin sədri olub, hazırda isə “Optimal Finance” MMC BOKT-un Müşahidə Şurasının sədridir.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09