FHN “Qızıl qaya”nın qapısını möhürlədi
“8-ci kilometr”dəki “Qızıl qaya” şadlıq evində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlanıb.
“turaninsesi.az ” xəbər verir ki, insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən olunduğundan, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edildiyindən şadlıq evinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
Arzu Paşaqızı