İranla sərhəddə 2 nəfər tutuldu

“Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 8 kiloqram 456 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

turaninsesi.az ” Dövlət Sərhəd Xidmətinə istinadla xəbər verir ki, 2004-cü il təvəllüdlü Gəncə şəhər sakini Tayfur Zərgərov və 1990-cı il təvəllüdlü Ağdam rayon sakiniAyxan Aslanov şübhəli şəxs qismində saxlanılıb.

Dekabr ayının 6-da isə dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd dəstəsinin xidməti ərazisində 4 kiloqram 126 qram narkotik vasitə marixuana aşkarlanıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Arzu Paşaqızı