3 ildə 1 ton 900 kq, 11 ayda 1 ton 600 kq narkotik – Sədr hesabat verdi

Bu ilin 11 ayında Azərbaycanda 1 ton 600 kq-dan çox narkotik vasitələrin, psixotrop maddələrin və onların psixoaktiv preparatlarının qanunsuz dövriyyədən çıxarılması təmin olunub.

turaninsesi.az ” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov bu gün keçirilən “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” tədbirində bildirib.

Onun sözlərinə görə, DGK-nın 2022-2024-cü illər ərzində həyata keçirdiyi fəaliyyət nəticəsində 1 ton 900 kq-dan çox, cari ilin 11 ayında isə 1 ton 600 kq-dan çox narkotik vasitələrin, psixotrop maddələrin və onların psixoaktiv preparatlarının qanunsuz dövriyyədən çıxarılmasını təmin olunub.

Arzu Paşaqızı