Lökbatanda yanğınla bağlı əlavə məlumat yayıldı
Lökbatan qəsəbəsində, “Qobu Park-1” yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində 4 nəfər tüstüdən zəhərlənib.
“turaninsesi.az ” xəbər verir ki, hadisə nəticəsində İbrahimova Afət Müzəffər qızı ( 1974), İbrahimov Ramal Niyazi oğlu (2006), Əliyeva Sevinc Fazil qızı (1980) və daha bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir) tüstüdən zəhərləniblər.
Daha dörd nəfər ölüb.
Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.