Laçın və Kəlbəcərdə yanğının söndürülməsinə iki helikopter cəlb edilib – YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyi tərəfindən Kəlbəcər və Laçın rayonunlarının mürəkkəb relyefli dağlıq ərazilərində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Bu barədə “turaninsesi.az “-a Nazirlikdən məlumat verilib.
Bildirilib ki, relyefin mürəkkəbliyi və mütəmadi əsən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq həyata keçirilir.
Yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri də cəlb olunub.
Həmçinin, yanğınlarla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki müdafiə qoşunları və Qarabağ Regional Mərkəzinin qüvvələri iştirak edir.
16:55
Laçın və Kəlbəcər rayonlarının dağlıq hissəsində davam edən yanğınların söndürülməsinə iki helikopter cəlb olunub.
“turaninsesi.az “-ın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, Laçın və Kəlbəcər rayonlarında dağlıq ərazilərdə bir neçə gündür davam edən yanğının meşə massivinə keçməsinin qarşısının alınması üçün tədbirlər görülür.

Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Aviasiya dəstəsinin iki helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğının məhdudlaşdırılması üçün havadan və qurudan yanğınsöndürmə əməliyyatları davam etdirilir.
Arzu Paşaqızı