Məhkumun gizlətdiyi silah-sursat tapıldı

Gəncədə məhkumun həbsindən əvvəl gizlətdiyi silah-sursat aşkarlanıb.

turaninsesi.az ” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

DİN əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri nəticəsində məhkumunhəbs edilməmişdən əvvəl Gəncə şəhərində, dəmiryolu xəttinin yanındakı tikilidə gizlədilmiş 1 ədəd “TT” markalı tapança, 1 ədəd tapança darağı, 5 ədəd 7,62 kalibrli tapança patronu, 4 ədəd 7,62 kalibrli avtomat patronu, 1 ədəd “F-1” markalı əl qumbarası və 1 ədəd süngü-bıçaq aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Arzu Paşaqızı