Əli Kərimli haqda SON XƏBƏR: Təkadamlıq kamerada….
Barəsində 2 ay 15 gün həbs-qətimkan tədbiri seçilən AXCP sədri Əli Kərimli DTX-nın İstintaq Təcridxanasında tibbi müayinədən keçirilib.
“turaninsesi.az ” – ın əldə etdiyi məlumata görə, həkim müayinəsindən keçiriləndən sonra AXCP sədri İstintaq Təcridxanasına yerləşdirilib.
Məlumatda Əli Kərimlinin təkadamlıq kamerada yerləşdirildiyi məlum olub.
AXCP sədrinin vəkili Aqil Layic müvəkkilinə qarşı müstəntiq və əməliyyatçıların nəzakətsiz davranışlarını hiss etmədiklərini deyib.
Arzu Paşaqızı