Dövlət Xidmətinin 9 əməkdaşı işdən çıxarıldı
“2023-cü ildə 78, 2024-cü ildə 249, 2025-ci ilin hazırkı vaxtınadək isə 158 əməkdaşın əməlində qeyri-qanuni hərəkətlər müəyyən edilib. Onlar barəsində müxtəlif növ inzibati tənbeh tədbirləri görülüb, 9 əməkdaş isə tutduğu vəzifədən azad edilərək ehtiyata buraxılıb”.
“turaninsesi.az ” xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Nəzarət Baş İdarəsinin rəisi, polkovnik Əziz Hidayev deyib.
O əlavə edib ki, 2023-cü ildə 22 nəfər barəsində 15, 2024-cü ildə 95 nəfər barəsində 51, 2025-ci ilin 11 ayı ərzində 93 nəfər barəsində 44 fakt baxılması üçün prokurorluq orqanlarına göndərilib.
Arzu Paşaqızı