Milli Məclisin plenar iclasında

Noyabrın 25-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.


Milli Məclisin sədri Sahibə Qafarova bu gün 14 məsələnin müzakirə olunacağını, gündəliyin ilk 8 məsələsinin hökumətlərarası sazişlərin təsdiq edilməsi barədə qanun layihələri olduğunu bildirib.

O, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə uyğun olaraq, həmin qanun layihələrinin bir oxunuşda baxılaraq qəbul ediləcəyini söyləyib. Spiker ilk 7 məsələnin möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu deyib.

Arzu Paşaqızı