Bakıda partlayış olub
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verib.
Bu barədə “turaninsesi ”a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
Arzu Paşaqızı