Təbriz-Bakı reysi ilə gələn sərnişinin çantasında psixotrop dərmanlar aşkarlandı
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşları psixotrop və güclü təsir edən maddələrin olduğu xeyli miqdarda dərman vasitəsinin qanunsuz şəkildə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
“turaninsesi.az ” xəbər verir ki, Təbriz-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşlarının əl yüklərinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda dərman vasitələrinin təsvirləri müşahidə olunub.
Qanunvericiliyə uyğun olaraq əl yüklərində aparılan gömrük yoxlaması zamanı 8 430 ədədinin tərkibində psixotrop və güclü təsir edən maddələr olan 77 qutu və 15 070 həbdən ibarət 33 adda dərman vasitələri aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Arzu Paşaqızı