Hesablama Palatasının xərclər smetası sabit saxlanılıb
Hesablama Palatasının 2026-cı il üçün xərclər smetası 11 milyon 455 min 897 manat təşkil edəcək.
“turaninsesi.az” 2025-ci ildə xərclər smetası eyni həcmdə olub.
Gələn il əməyin ödənişinə 9 milyon 915 min 236 manat nəzərdə tutulub.
Hesablama Palatasının əməkdaşlarının ölkədaxili ezamiyyətləri üçün 60 min manat, xarici ölkələrə ezamiyyətləri üçün isə 150 min manat proqnozlaşdırılıb.
Arzu Paşaqızı