Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 21 noyabr 2025-ci il tarixli iclasında çıxışı

Hörmətli hökumət üzvləri,
Hörmətli deputatlar,


1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin siyasi həyatının müstəsna əhəmiyyətli hadisələrindən biri olmuşdur. Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası müstəqil dövlətçiliyimizin inkişafında, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında, milli birlik və həmrəylimizin gücləndirilməsində son dərəcə böyük rol oynamışdır.


Hörmətli həmkarlar,


Son 22 il ərzində möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə partiyamız cəmiyyətin aparıcı siyasi qüvvəsi kimi ictimai-siyasi proseslərin hərəkətverici qüvvəsinə çevrilmişdir.
Onu da deyim ki, bildiyiniz kimi, Milli Məclisə seçilmiş deputatların böyük əksəriyyəti də Yeni Azərbaycan Partiyasının üzvləridir. Və bu, partiyanın cəmiyyətdə və xalq arasında nə qədər böyük nüfuza malik olduğunu göstərir.
Yeni Azərbaycan Partiyası nəinki ölkəmizin, həm də Cənubi Qafqazın ən güclü siyasi təşkilatıdır.


Hörmətli hökumət üzvləri,
Hörmətli deputatlar,


Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyi münasibəti ilə mən partiyamızın sədri cənab İlham Əliyevi, partiya sədrinin birinci müavini hörmətli Mehriban xanım Əliyevanı, partiyanın bütün üzvlərini ürəkdən təbrik edirəm, xalqa və dövlətə xidmət yolunda onlara yeni uğurlar 

Arzu Paşaqızı