İrandan Azərbaycana PUA uçuşu – 33 kilodan çox narkotiklə
İrandan Azərbaycana pilotsuz uçuş aparatı (PUA) vasitəsilə külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb.
“turaninsesi.az ” Dövlət Sərhəd Xidmətinə (DSX) istinadla xəbər verir ki, hadisə “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində olub.
Ümumi çəkisi 33 kiloqram 345 qram narkotik vasitə (29 kq 575 qram marixuana; 3 kq 125 qram metamfetamin; 565 qram tiryək; 80 qram metadon suyu) və 6758 ədəd narkotik tərkibli metadon M – 40 həbi aşkar olunaraq götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Arzu Paşaqızı