Azərbaycanda sərhədyanı rayonlarla bağlı dövlət proqramının qəbul edilməsi təklif olunur
Azərbaycanın sərhədyanı rayonlarının sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramı qəbul edilməlidir.
“turaninsesi.az” xəbər verir ki, bu təkliflə deputat Elman Nəsirov Milli Məclisin bu gün keçirilən plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsində çıxış edib.
Onun sözlərinə görə, hazırda Cəlilabad rayonunun 63 kəndinin qazlaşdırılmasına ehtiyac var: “Bu rayonun İranla sərhəd kəndlərinə bu sahədə xüsusi diqqət verilməlidir. Bundan başqa, ümumiyyətlə, sərhədyanı rayonların sosial-iqtisadi inkişafı ilə övlət proqramının qəbul edilməsini təklif edirəm. Bu mənada pilot layihə də həyata keçirilə bilər”.
Arzu Paşaqızı