Nazir: Saat hesabı maaş sistemindən uzaqlaşmalıyıq
Bəzi kənd məktəblərində bir sıra fənlər, xüsusilə musiqi, təsviri incəsənət fənləri üzrə müəllim çatışmazlığı var”.
“turaninsesi.az ” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.
O deyib: “Əslində, müəllimlərimiz var, sadəcə kənd məktəblərində dərs saatları o qədər az olur ki, orada çalışmaq müəllimlərə iqtisadi cəhətdən fayda vermir. Ona görə həmin məktəblərə yaxşı müəllim göndərmək bir qədər çətindir”.
Nazir qeyd edib ki, məsələnin mahiyyəti dəyişməlidir: “Yəni saat hesabı maaş sistemindən uzaqlaşmalıyıq. Təklifimizə kiminsə əks təklifi varsa, dinləməyə hazırıq. Bu problemi qısa zamanda həll etmək qeyri-mümkündür. Buna illər lazımdır. Əsas məsələ odur ki, problemin həlli təklifi irəli sürülüb. Zamanla da bu problem həllini tapacaq”.
Arzu Paşaqızı