Messi DÇ-2022-nin ən yaxşı futbolçusudur

LONDON, ENGLAND - JUNE 01: Lionel Messi of Argentina celebrates his teams victory at the end of the 2022 Finalissima match between Italy and Argentina at Wembley Stadium on June 1, 2022 in London, England. (Photo by Chris Brunskill/Fantasista/Getty Images)

Argentina millisinin kapitanı Lionel Messi Qətərdə keçirilən dünya çempionatının ən yaxşı futbolçusudur.

Turanın səsi ” in məlumatına görə, 35 yaşlı hücumçu dünyaca məşhur “Goal.com” saytının versiyasına əsasən, 1/4 final mərhələsinin oyunlarından sonra bu ada layiq görülüb. Hazırda onun aktivində 4 qol və 2 məhsuldar ötürmə var.

İkinci sırada Fransa yığmasından Kilian Mbappe yer alıb. İlk “3-lüy”ü “xoruzlar”ın digər forvardı Antuan Qrizmann tamamlayr.

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu isə siyahıya düşməyib.

DÇ-2022-də ən yaxşı futbolçuların “Top-10″luğu belədir:

1. Lionel Messi (Argentina)
2. Kilian Mbappe (Fransa)
3. Antuan Qrizmann (Fransa)
4. Dominik Livakoviç (Xorvatiya)
5. Əşrəf Həkimi (Mərakeş)
6. Brunu Fernandeş (Portuqaliya)
7. Sofyan Amrabat (Mərakeş)
8. Rişarlison (Braziliya)
9. Kodi Qakpo (Niderland)
10. Cud Bellingem (İngiltərə)

Qeyd edək ki, DÇ-2022-nin yarımfinal mərhələsində Xorvatiya Argentina ilə, Mərakeş isə Fransa ilə qarşılaşacaq.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir