Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva Zəfər Günü münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubu göndərib

Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr – Zəfər Gününün ildönümü münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubu ünvanlayıb.


Məktubda 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin Azərbaycan xalqı üçün əvəzsiz nailiyyət olduğu qeyd edilir, ölkənin ərazi bütövlüyünün bərpası uğrunda gedən şiddətli döyüşlərdə ordunun və xalqın yüksək birlik, sarsılmaz iradə nümayiş etdirməsindən məmnunluqla danışılır.