“Qarabağ” sayəsində UEFA reytinqində xallarımız artdı

Azərbaycan UEFA-nın əmsallar reytinqində xal ehtiyatını artırıb.

turaninsesi.az ” xəbər verir ki, bu, Çempionlar Liqasının 4-cü turunda “Qarabağ”ın “Çelsi” ilə matçdakı heç-heçəsi (2:2) sayəsində mümkün olub.

Azərbaycana daha 0,250 əmsal qazanıb. Nəticədə son 5 mövsümdə qazanılan əmsal sayı 22,250-ə çatıb. 

Hazırda Azərbaycan UEFA reytinqində 25-ci yeri tutur. 24-cü pillədəki Serbiyanın 22,375 əmsalı var.