Əlillik düzəltmək adı ilə dələduzluq edən qadın saxlanıldı

Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində dələduzluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş D.Məhərrəmova saxlanılıb. 

Bu barədə “turaninsesi.az “a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Onun bir nəfəri əlillik dərəcəsi almaqda kömək edəcəyi adı altında aldadaraq 3500 manatını dələduzluq yolu ilə ələ keçirdiyi məlum olub. 

Faktla bağlı araşdırma aparılır.

Arzu Paşaqızı