Deputat : “Fransanın yürütdüyü siyasət həm özünə, həm də Ermənistana ziyan vurur”

0

“Fransanın yürütdüyü siyasət həm özünə, həm də Ermənistana ziyan vurur”-Deputatdan AÇIQLAMA

“Fransa tarix boyu islamafobiya təcəssüm etdirən bir ölkə olub. Özünü demokratiyanın beşiklərindən biri kimi sayan bu dövlət 1990-cı illərdə tamamilə demokratiyaya, insan haqlarına sığmayan mövqeyi ilə fərqlənib”.

“Turanın səsi” Editor.az-a istinadən xəbər verir ki , bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Onun sözlərinə görə, Minsk Qrupunun həmsədri kimi tərəflər arasında münaqişələrin ədalətli həllinə çalışmalı olan ölkə, 30 ilə yaxın müddətdə Qarabağ məsələsini Ermənistanın xeyirinə həll etmək üçün dəridən-qabıqdan çıxdı:

“Azərbaycanın Vətən müharibəsindəki qələbəsini Fransada “zəhər” kimi qəbul edən dövlət strukturları özünü çox gülünc vəziyyətə salır. Fransa parlamentinin qəbul etdiyi qərarlar kağız parçasından başqa birşey deyil. Ermənistanı qırmızı xətti adlandırması, terrorçuları dəstəkləməsi Parisin maskasının düşdüyünü göstərdi. Cinayətkar, banda başçısı Araik Arutyunyanın Fransaya səfəri, dövlət kanalında Azərbaycan və Türkiyə əleyhinə fikirlər səsləndirməsi Fransanın da bütün cizgiləri keçdiyini deməyə əsas verir. Bu, açıq-aşkar siyasi tərbiyəsizlikdir. Həmin addımlar Fransanın terrorçuları dəstəklədiyini göstərir. Bu da ölkə üçün baş ucalığı deyil. Bu amil həm Fransaya, həm də Ermənistana böyük ziyan vuracaq”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir