Orta aylıq əməkhaqqı 1100 manatı keçəcək

2026-cı il üzrə orta aylıq əməkhaqqı göstəricisi 1170,8 manat təşkil edəcək.
“turaninsesi.az” xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində 2025-ci ilin yanvar-may ayları üzrə açıqlanmış aylıq makroiqtisadi göstəricilər barədə rəsmi statistik məlumata əsasən bu göstərici 1095,0 manat (və ya əvvəlki ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9,1 faiz çox) təşkil edib ki, bu da cari vəziyyətdə 2026-cı il üzrə orta aylıq əməkhaqqı göstəricisinin 1170,8 manat təşkil etməsi barədə gözləntilərin əsaslı olduğunu deməyə imkan verir.
Arzu Paşaqızı