“Sədərək”də qarşıdurma: DİN açıqlama yaydı

Dünən sosial şəbəkələrədə Azərbaycan Dövlət Reklam Agentliyinin əməkdaşları ilə “Sədərək” Ticarət Mərkəzinin mühafizə xidmətinin əməkdaşları arasında baş verən insidentlə bağlı video yayılıb.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov “turaninsesi.az” – a bildirib ki, “Sədərək” Ticarət Mərkəzində tərəflər arasında yaranan insidentlə bağlı polisə müraciətlər daxil olub.

Qaradağ RPİ-nin İstintaq Şöbəsində hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib. 

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Arzu Paşaqızı