Sərhəddən brilyant keçirmək cəhdinin qarşısı alındı

Brilyant qaşların qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.
“turaninsesi.az” DGK-ya istinadla xəbər verir ki, Dubay-Bakı aviareysilə gələn 2 vətəndaşın əl yüklərinə baxış keçirilib.
Yoxlama zamanı sərnişinlərdən birinə məxsus notbuk çantasındakı səsgücləndiricilərin içərisində gömrük nəzarətindən gizlədilmiş, ümumi ölçüsü 120.49 karat olan brilyant qaşlar, digər şəxsin çamadanından isə həmin qaşlar üçün sertifikatlar və sellofan paketlər aşkar edilib.
Arzu Paşaqızı