Milli Məclisin sədri Sahibə Qafarova və Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç mətbuata bəyanatlarla çıxış ediblər

Oktyabrın 8-də Milli Məclisin sədri Sahibə Qafarova və Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç ikitərəfli görüşdən sonra mətbuata bəyanatlarla çıxış ediblər.


Xorvatiya parlamenti sədrinin Azərbaycana rəsmi səfərinin bir sıra məqamlarla əlamətdar olduğunu söyləyən spiker Sahibə Qafarova, ilk növbədə qeyd edib ki, bu səfər ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə təsadüf edir.

Digər tərəfdən isə bu, son 11 ildə iki ölkə arasında parlament sədrləri səviyyəsində həyata keçirilən ilk səfər və görüşdür. Milli Məclisin sədri, bu mənada Qordan Yadrokoviçin səfərinin ölkələrimiz və parlamentlərimiz arasındakı əlaqələrin daha da dərinləşməsinə töhfə verəcəyini bildirib.

Arzu Paşaqızı