Xorvatiya Parlamentinin sədri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Parlamentinin sədri Qordan Yandrokoviçin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 8-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.
Sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.





Arzu Paşaqızı