Türkiyədə geniş əməliyyat – Məşhur sənətçilər saxlandı – Yeniləndi

Türkiyə polisi məşhur müğənni İrem Dericini saxlayıb.
“turaninsesi.az” xəbər verir ki, o, narkotik maddələrin istifadəsində şübhəli bilinir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları 38 yaşlı ifaçının Şişlidəki evində axtarış aparıb.
İ.Dericinin vəkili Ayşegül Mermer bildirib ki, ittihamın mahiyyəti barədə hələlik dəqiq məlumat yoxdur.
“İrem Derici ilə birlikdə ifadə vermək üçün polis idarəsinə gedirik. Hazırda işin məzmunu və mahiyyəti ilə bağlı bizə təqdim olunmuş rəsmi bir məlumat yoxdur. Proses dəqiqləşdikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək”, – vəkil deyib.
Bundan başqa, İstanbul Şəhər Jandarma İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsi tərəfindən aparılan əməliyyat çərçivəsində İrem Derici ilə yanaşı müğənni və aktyorlar Simge Sağın, Hadisə, Kubilay Aka, Demet Evqar, Berrak Tüzünataç, Özge Özpirinççi, Kaan Yıldırım və Duygu Özaslan kimi tanınmış şəxslər qan nümunəsi götürülməsi üçün polis və jandarma əməkdaşları tərəfindən tibb mərkəzinə aparılıb.
Yuxarıda adları çəkilənlərlə yanaşı Ceren Moray Orcan, Engin Polat, Feyza Altun, Mert Yazıcıoğlu, Metin Akdülger, Zeynep Meriç, Aral Keskin, Ziynet Sali, Birce Akalay, Defne Samyelinin qızları Derin ve Deren Talu da saxlanılıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI