25 kiloqrama yaxın narkotik qanunsuz dövriyyədən çıxarıldı

Azərbaycanda ötən gün polis əməkdaşları tərəfindən 25 kiloqrama yaxın narkotik qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in mətbuat xidmətindən “turaninsesi.az” – a daxili olan məlumata görə, ümumi çəkisi 24,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Arzu Paşaqızı