Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb – DİN

Oktyabrın 1-də qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması təmin olunub.

DİN-in mətbuat xidmətindən “turaninsesi.az” – a daxil olan məlumata görə , axtarışda olduğuna görə ümumən 39, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

İtkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 4 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.

Arzu Paşaqızı